Pentaqon həyəcan təbili çaldı: ABŞ-ın silah anbarları boşalır – 21 gün vaxt verildibackend

Pentaqon həyəcan təbili çaldı: ABŞ-ın silah anbarları boşalır - 21 gün vaxt verildi 

ABŞ Müdafiə Nazirliyi İranla müharibə zamanı silah və sursat ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması fonunda ölkənin müdafiə sənayesindən istehsal və tədarük həcmini kəskin artırmağı tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.

Məlumata görə, ABŞ müdafiə nazirinin müavini Stiv Faynberq hərbi podratçılara kritik silahların istehsalı və çatdırılmasının artırılması ilə bağlı plan hazırlamaq üçün 21 gün vaxt verib.

Faynberq bildirib ki, illərlə davam edən istehsal dövrləri artıq qəbuledilməzdir və silahların istehsal tempi ilə yanaşı, ümumi həcmi də sürətlə artırılmalıdır.

Qeyd olunur ki, İranla müharibə nəticəsində ABŞ ordusu THAAD hava hücumundan müdafiə sistemləri üçün raketlərin təxminən 80 faizini, “Patriot” raketlərinin isə təxminən yarısını istifadə edib.

Pentaqon həmçinin yeni istehsal müəssisələrinin yaradılmasını və mövcud zavodların imkanlarının genişləndirilməsini istəyir. Lakin bu istiqamətdə nəzərdə tutulan əlavə maliyyələşmənin də daxil olduğu 1,15 trilyon dollarlıq müdafiə xərcləri layihəsi hələ Konqresdə təsdiqlənməyib.

Bununla yanaşı, “The Washington Post” daha əvvəl yazıb ki, ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı silah ehtiyatlarının azalması barədə Pentaqon rəhbəri Pit Heqset tərəfindən yanlış məlumatlandırıldığını düşünür.

Tramp həmçinin ABŞ-da sursat çatışmazlığı ilə bağlı məlumatların mediaya sızdırılmasına görə məsul şəxslərin müəyyənləşdirildiyini və onların həbs cəzası ilə üzləşə biləcəyini bildirib.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*