Pentaqon: “İran Yaxın Şərqdə sabitliyi pozur”backend

Pentaqon: "İran Yaxın Şərqdə sabitliyi pozur"

ABŞ İranın Ərbil bölgəsini atəşə tutmasını pisləyir. Bu cür hərəkətlər İraqda və bütövlükdə Yaxın Şərqdə sabitliyin pozulmasına gətirib çıxarır.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında bildirilib.

“İranın pilotsuz təyyarə və raketlərdən istifadə edərək Ərbildə həyata keçirdiyi hücumları pisləyirik. Bu cür qeyri-qanuni hücumlar dinc əhaliyə təhlükə yaradır, İraqın suverenliyini pozur və Yaxın Şərqin təhlükəsizliyini təhdid edir”, – bəyanatda deyilir.

Qeyd edək ki, bu gün səhər saatlarında İran Silahlı Qüvvələri İraq Kürdüstanına növbəti raket hücumu həyata keçirib. Hücumun hədəfi İranda hökumət əleyhinə etirazlara dəstək verən kürd partiyalarının Ərbil və Süleymaniyyə əyalətlərində yerləşən qərargahları olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*