Pentaqonda həyəcan təbili: “ABŞ esminisləri artıq həm İsraili, həm də…”backend

Pentaqonda həyəcan təbili: "ABŞ esminisləri artıq həm İsraili, həm də..."

ABŞ-nin Avropadakı ali komandanı, general Aleksus Grinkeviç ABŞ Hərbi Dəniz Qüvvələrinin esminislərinin çatışmazlığı ilə bağlı Pentaqona xəbərdarlıq ünvanlayıb.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, mövcud resurslar eyni vaxtda həm İsraili qorumaq üçün İranın ballistik raketlərini dəf etməyə, həm də Birləşmiş Ştatların özlərinin əsas müdafiə ehtiyaclarını qarşılamağa artıq kifayət etmir.

İsrail ərazisinə edilən raket zərbələrinin qarşısının alınmasında fəal şəkildə cəlb olunan Amerika esminisləri Aralıq və Qırmızı dənizlərdə, eləcə də İran rayonunda fasiləsiz əməliyyatlar fonunda güclü yüklənmə ilə üzləşiblər. Vəziyyəti həmçinin gəmilərin texniki xidməti ilə bağlı yaranan problemlər daha da gərginləşdirir ki, bu da onların döyüş tapşırıqlarını yerinə yetirməyə hazırlıq səviyyəsini əhəmiyyətli dərəcədə azaldır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*