Pentaqon rəhbəri ilə Şoyqu Ukraynanı müzakirə etdibackend

Pentaqon rəhbəri ilə Şoyqu Ukraynanı müzakirə etdi

Pentaqonun rəhbəri Lloyd Ostin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ukraynadakı vəziyyəti müzakirə edib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, onlar telefon danışığı zamanı təhlükəsizliyin aktual problemlərinə toxunublar.

Ostin Şoyqu ilə söhbətində Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı kontekstində açıq rabitə kanallarının saxlanmasının vacibliyini bəyan edib.

Qeyd edək ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan iki ölkənin müdafiə nazirləri ikinci dəfədir ki, bir-biri ilə danışıqlar aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*