backend

Planetdə vəhşi heyvanların sayı azalıb - STATİSTİKA + FOTO

1970-2018-ci illər arasında meşələrin qırılması səbəbindən dünyada vəhşi heyvanların sayı 70% azalıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Vəhşi Təbiət Fondu” (WWF) və “London Zooloji Cəmiyyəti”nin hər iki ildən bir dərc edilən birgə hesabatında məlumat verilir.

Bildirilib ki, bu rəqəm 1970-2016-cı illərdə 68% təşkil edib.

Hesabatın hazırlanması çərçivəsində alimlər müxtəlif qitələrdə 5230 heyvan növünü təhlil ediblər.

Belə ki, vəhşi heyvanların sayının azalmasına görə Latın Amerikası və Karib hövzəsi – 94% birinci yerdədir. İkinci yerdə Afrika – 66%. Bundan sonra Asiya-Sakit okean regionu – 55%, Şimali Amerika – 20%, Avropa və Mərkəzi Asiya – 18% gəlir.

Qeyd edək ki, alimlərin tərtib etdiyi nəsli kəsilməkdə olan heyvan növlərinin siyahısına 41 min növ daxil edilib. Ən böyük təhlükə qara kərgədan, Amur bəbiri, Sunda pələngi, dağ qorillası, şahin dəniz tısbağası, Tapanul və Sumatra oranqutanları üzərindədir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*