Polis izdiham içərisində üztanıma kameraları aldıbackend

Polis izdiham içərisində üztanıma kameraları aldı

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Daşkənd rayon polis şöbələri izdiham içərisində üz tanıyan kameralarla təchiz olunmuş avtobuslar alıb.

360 dərəcə kameralar obyektivə düşən vətəndaşları müəyyən edə bilir və sistemin verilənlər bazası ilə inteqrasiyası sayəsində işçilər tez bir zamanda kameraya düşənləri tanıya bilirlər. Polis bölməsindən bildiriblər ki, “bu da öz növbəsində yoldan keçən izdihamda axtarışda olanların müəyyənləşdirilməsinə kömək edir”. Əlavə olunub ki, cihaz cinayətkarlığın qarşısını almaq və cinayətkarlığa qarşı mübarizə məqsədilə istifadə ediləcək.

Kameralar avtobuslara quraşdırılıb, onlar mobil mərkəzlər adlanacaq. Daşkənd şəhər polis idarəsinin rəis müavini Bəymurad Abdullayev avtobusların açarlarını rayon polis idarələrinin rəhbərlərinə təqdim edib.

Avtobuslar eyni zamanda GPS-lə təchiz olunublar ki, bu da yaxınlıqda rəsmi nəqliyyat vasitələrinin harada yerləşdiyini görməyə və yaxınlıqda törədilən cinayətlər barədə məlumat ötürməyə imkan verir.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Qeyd edək ki, eyni zamanda, oktyabr ayında Bişkekdə və Nur Sultanda da üz tanıma sistemindən istifadə etmək qərarına gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*