Polisin “saxla” əmrinə tabe olmayan şəxs həbs olundubackend

Polisin “saxla” əmrinə tabe olmayan şəxs həbs olundu

Paytaxtın Binəqədi rayonunda dövlət qeydiyyat nişanı olmadan “Ravon” markalı nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.

Bakı şəhər Baş Polis İdarəsindən KONKRET.aza verilən məlumata görə, nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı olmadan idarə edən şəxsin 1987-ci il təvəllüdlü Zahir Zalov olduğu müəyyən olunub. Ona Binəqədi qəsəbəsində avtoxuliqanlıq hərəkətlərinə, digər avtomobillərə maddi ziyan vurduğuna görə yol polisi tərəfindən “saxla” işarəsi verilib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə “saxla” işarəsi verməsinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirib. Keçirilən müvafiq tədbirlərlə ərazidə süni sıxlıq yaradılaraq, nəqliyyat vasitəsi saxlanılıb. Sürücü barəsində müvafiq araşdırmalar aparılmaqla,  İXM-in 511, 535-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib.

Sürücü barəsində toplanan materiallar Binəqədi Rayon məhkəməsinə göndərilib. Binəqədi Rayon məhkəməsinin qərarı ilə Z.Zalov bir il sürücülük hüququndan məhrum edilməklə, barəsində 30 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*