Polşa ordunun sayını ARTIRIRbackend

Polşa ordunun sayını ARTIRIR

Polşa orduda iki yeni bölmə yaradır.

KONKRET.az xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş BlaşçakSieci”yə müsahibəsində deyib.

“Ordu 300 min nəfərdən az deyil. Ərazi Müdafiə Qoşunlarının 50 min əsgəri, min K2 tankı və 366 “Abrams” tankı var.  Altı bölmə, onlardan dördü artıq mövcuddur”, – deyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Onun sözlərinə görə, General Tadeuş Buk adına 18-ci mexanikləşdirilmiş diviziya Brest qapılarını müdafiə edəcək.

Blaşçak onu da qeyd edib ki, diviziyalardan biri ölkənin şərqində yaradılacaq.

Məlumata görə, 2023-cü ilin əvvəlinə qədər Polşa ordusunun sayının təxminən 200 min nəfər olduğu təxmin edilir.

Müdafiə naziri bir daha Avropanın ən güclü ordusunu yaratmaq niyyətini xatırladıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*