Polşa Rusiya ilə sərhəddə sədd ÇƏKİRbackend

Polşa Rusiya ilə sərhəddə sədd ÇƏKİR

Polşa Kalininqrad vilayəti ilə sərhəddə müvəqqəti tikanlı məftilli hasarın tikintisinə başlayıb.

KONKRET.az Kommersant”a istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak deyib:

“Bu gündən ordumuzun istehkamçıları Polşa-Rusiya sərhədində müvəqqəti maneənin tikintisinə başlayır”.

Onun sözlərinə görə, səddin hündürlüyü 2,5, eni isə 3 metr olacaq.

Nazir bildirib ki, hasar üç sıra tikanlı məftillərdən ibarət olacaq.

O qeyd edib ki, bu qərar Rusiya Kalininqrad vilayətinin hava limanını Yaxın Şərq və Şimali Afrikadan gələn təyyarələr üçün açdıqdan sonra verilib.

Hasarın tikintisinə nə qədər vəsait xərclənəcəyi məlum deyil.

Qeyd edək ki, Rusiya-Polşa quru sərhədinin uzunluğu 203,3 km-dir. Polşa iyunun sonunda Belarusla sərhəddə uzunluğu 186 km, hündürlüyü 5 m olan sədd tikib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*