Polşada abort qanununa qarşı nümayişlər keçirilirbackend

Polşada abort qanununa qarşı nümayişlər keçirilir

Polşada abortla bağlı qanunların liberallaşdırılması üçün nümayiş keçirilib. Varşavada minə yaxın etirazçı Seymin (ölkə parlamenti) qarşısına toplaşaraq “azad və qanuni abortlar” tələbi ilə çıxış edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hazırda Polşada aborta yalnız xüsusi hallarda icazə verilir: zorlama və ya qadının sağlamlığı və ya həyatı üçün təhlükə olanda.

Digər hallarda abort edən tibb işçilərini üç ilə qədər həbs cəzası gözləyir. 2023-cü ilin sonunda hakimiyyətə gələn baş nazir Donald Tuskun hakim koalisiyası seçki proqramında bu qadağanı yumşaltmağı və hamiləliyin ilk 12 həftəsində edilən abortları cinayət hesabından çıxarmağı vəd edib.

Lakin iyulun 12-də Seym qanun layihəsini rədd edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*