“Polşanın qərəzsizliyinə inanırıq” – Rusiyabackend

“Polşanın qərəzsizliyinə inanırıq” - Rusiya

Rusiya Xarici İşlər Nazirliyi Polşaya raket zərbəsi ilə bağlı araşdırmanın qərəzsiz aparılacağına ümid etdiyini bildirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Belə ki, Rusiya Müdafiə Nazirliyi noyabrın 15-də Polşa ərazisində 2 nəfərin həyatını itirdiyi hadisədə Rusiyanın iştirakının olmadığı barədə açıqlama verib.

Həmçinin, bəzi NATO-ya üzv ölkə və medianın Rusiyanın günahkar ola biləcəyinə ifrat reaksiyalar verdiyi qeyd edilib və Kiyev rəhbərliyinin də bütün fürsətlərdən istifadə edərək Rusiyanı günahlandırdığı bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*