Bakının mərkəzində yerləşən “Port Baku” yaşayış kompleksində güclü yanğın başlayıb.
KONKRET.az-ın məlumatına görə, yanğın binanın yuxarı mərtəbələrində qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürmə briqadaları və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Yanğının başvermə səbəbi, eləcə də xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.\\oxu.az
