Premyer Liqada II tur: “Qəbələ” “Şəfa”ya, “Zirə” “İmişli”yə qarşıbackend

Premyer Liqada II tur: “Qəbələ” “Şəfa”ya, “Zirə” “İmişli”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

KONKRET.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Qəbələ” öz meydanında “Şəfa”nı qəbul edəcək. Görüş saat 18:30-da başlayacaq.

Digər oyunda isə “Zirə” “İmişli”ni sınağa çəkəcək. Qarşılaşma saat 20:45-də start götürəcək.

Qeyd edək ki, II turun “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları avrokuboklara görə təxirə salınıb. Tura avqustun 23-də 2 oyunla yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*