KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun verdiyi məlumata görə, dünən Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda Türkmənistanın Baş Konsulluğu açılıb.
Mərasimdə etdiyi çıxışlarda Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və yeni təyin olunmuş səfir İxlasgeldı Amanov Türkmənistan və BƏƏ arasında dostluq münasibətlərinin müsbət inkişaf etdiyini qeyd ediblər.
Xatırladaq ki, İxlasgeldı Amanov Türkmənistan Prezidentinin kiçik qızı ilə evlidir. Qeyd edək ki, Amanov Türkmənistanın Almaniya, Belçika və İngiltərədə də rəsmi səfiri sayılır.
