Prezident Numan Kurtulmuşu qəbul etdi – YENİLƏNİBbackend

Prezident Numan Kurtulmuşu qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini, millət vəkili Numan Kurtulmuşu qəbul edib.

KONKRET.az xəbər verir ki, Numan Kurtulmuş Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə dövlət başçısını təbrik edib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlət başçısı təbrikə görə minnətdarlığını ifadə edib. Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə təşəkkürünü bildirərək onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanaraq əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

***

12:33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini və İstanbulun millət vəkili Numan Kurtulmuşu qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*