Fransa Prezidenti Emmanuel Makrounun görütüləri yayılıb.
KONKRET.AZ xəbər verir ki, Dünya Holokost Forumunda iştirak etmək üçün İsrailə gedən Fransa liderinin səfəri zamanı gərgin anlar yaşanıb.
İsrail Baş Nazirliyi sosial media hesabında Emmanuel Makronu Rusiya prezidenti kimi təqdim edib.
Daha bir xoşagəlməz hadisə isə Fransa Prezidentinin Qüdsdə yerləşən Müqəddəs Ana kilsəsini ziyarəti zamanı baş verib. Sözügedən kilsə Fransa torpağı sayılır və 19-cu əsrdə Osmanlı İmperatorluğunun sultanı Əbdülməcid tərəfindən İmperator III Napoleona hədiyyə edilib.
“Xahiş edirəm qaydalara hörmət edin. Bu qaydalar əsrlər boyu qüvvədədir. Hər kəs qaydaları çox yaxşı bilir. Hərəkətinizi bəyənmirəm. Zəhmət olmasa buranı tərk edin, çıxın bayıra…”
Redaktor.az
