Prezident Türkiyənin bu ölkə ilə əlaqəsini düzəltmək istəyir – ŞƏRHbackend

Prezident Türkiyənin bu ölkə ilə əlaqəsini düzəltmək istəyir - ŞƏRH

Fevralın 26-sında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı gərəkli və vacib idi. Çünki 3 ay ərzində xeyli sual yığılmışdı. Prezidentin verdiyi cavablar həmin məsələlərə aydınlıq gətirdi.

KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu fevralın 26-sında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransını şərh edərkən deyib.

O bildirib ki, Prezidentin verdiyi cavablardan da bəlli olur ki, dövlət başçısı Rusiya hərbçilərinin Qarabağda əbədi qalmasını istəmir:

“5 ildən sonra vəziyyətə uyğun qərar veriləcək. Kəlbəcər işğaldan azad olundu. Türkiyə Ermənistanla sərhəddi 1993-cü ildə Kəlbəcərin işğalına görə bağlamışdı. Ona görə də Bakı hazırda Türkiyənin Ermənistanla sərhədi açmasına etiraz etmir, halbuki Ankaranın özünün də İrəvana şərtləri var”.

Politoloq qeyd edib ki, Prezident Xocalıya və Xankəndiyə də qayıdacağımızı bir daha təsdiqlədi, ancaq bir qədər zamana ehtiyac var:

“Əsas odur ki, zamandan düzgün istifadə edə bilək. Laçın dəhlizi üzərindən sərhədin nəzarətə götürülməsi ilə Qarabağda yerdə qalan separatçıların tərksilah olunması da əsas hədəflərimizdən olmalıdır.

Prezident İlham Əliyev mətbuat konfransında jurnalistlərdən birinin “Türkiyə ilə İsrail arasındakı münasibətləri normallaşdırmaq üçün rəsmi Bakı vasitəçilik təşəbbüsü ilə çıxış edibmi?” sualına maraqlı cavab verdi: Dedi ki, dostlarımız arasında dostluq olarsa, bu, həm dostlarımız üçün, həm də bizim üçün daha yaxşı olar.

Bu cavabdan o qənaətə gəlmək olar ki, İlham Əliyev Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılmasını istəyir. Çünki hər iki ölkə Azərbaycanın dostudur. Deməli, rəsmi Bakının vasitəçilik təşəbbüsü ilə çıxış etdiyi ehtimalı yüksəkdir. Bakının vasitəçiliyi ilə ya Türkiyə ilə İsrail təmsilçiləri arasında təmaslar başlayıb, ya da təmasların başlaması hazırlıq mərhələsindədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*