Xəbər verdiyimiz kimi, avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib.
KONKRET.az xəbər verir ki, “Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıb.



