Priqojina qarşı cinayət işinə xitam veriləcək, o, Belarusa gedəcək.
KONKRET.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bildirib ki, bu günkü hadisələrdə iştirak edən “Vaqner” döyüşçüləri cinayət məsuliyyətinə cəlb edilməyəcək.
“Vaqner”in bu günkü qiyamında iştirak etməyən döyüşçüləri, eyni zamanda arzu edənlər Müdafiə Nazirliyi ilə müqavilə bağlaya biləcək.
Danışıqlar Lukaşenkonun şəxsi təşəbbüsü idi. O, Priqojini 20 ildən çoxdur tanıyır.
Bu günkü vəziyyətin Ukraynadakı döyüşlərə heç bir təsiri olmadı və olmayacaq.
