Prokurorluq Kirkorov barədə bu qərarı LƏĞV ETDİbackend

Prokurorluq Kirkorov barədə bu qərarı LƏĞV ETDİ

Moskvanın Tver prokurorluğu müğənni Filipp Kirkorova qarşı cinayət işinin başlanmaması ilə bağlı ilkin qərarını ləğv edib.

KONKRET.az Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Xalqın çağırışı” “VKontakte” hesabında məlumat yayılıb.

Belə ki, avqust ayında polis müğəniyyə qarşı cinayət işi açmaqdan imtina edib. “Xalqın çağırışı”nın nümayəndələri prokurorluğa müraciət göndərərək, polisin qərarından apellyasiya şikayəti verilməsini tələb ediblər.

Hüquq müdafiəçiləri iddia ediblər ki, Kirkorovun xaçlı nömrəsində dindarlara təhqir var, bununla bağlı təşkilat əvvəlcə sənətçiyə qarşı şikayət edib.

Qeyd edək ki, sənətçi konsertində yer alan böyük xaç dekorunun üstünə çıxaraq, şou göstərib. Bu hadisə isə rusların əsas dini bayramlarından sayılan “Pasxa” həftəsində baş verib. Dindarlar bununla bağlı Filipə və “55” şousunun təşkilatçılarına qarşı cinayət işi açılmasını xahiş ediblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*