“Qərb Avropadakı enerji böhranına görə Rusiya prezidenti Putini günahlandırmağa başlayıb. Ona görə ki, hazırkı Bayden administrasiyası öz səhvlərini başqasının üzərinə atmaq üçün hər şey edir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya mediasında dərc edilən məqalədə qeyd olunub.
Məlumata görə, ABŞ-da ilkin alüminiumun ən böyük istehsalçısı olan “Century Aluminium” şirkəti enerji böhranı səbəbindən Kentukki ştatındakı ərimə zavodunun işini dayandırmağa məcbur qaldığını açıqlayıb. Şirkətdən verilən məlumata görə, bu, müvəqqəti olsa da, zavod ən azı ilin sonuna qədər işləməyəcək.
Qeyd olunur ki, sözügedən zavod şirkətin ən böyük (ildə 250 min ton) alüminium istehsal edən müəssisəsi idi. Üstəlik zavodda deformasiyaya uğramış alüminium ərintiləri əsasında (tərkibinə çirkləri əlavə etməklə) zirehli maşınlar yaradılıb.
Məlumata görə, zavodda 600 işçi fəaliyyət göstərir və onların əksəriyyəti müvəqqəti olaraq ixtisar edilib. Şirkətin prezidenti Cessi Gerri ABŞ-da enerji qiymətlərinin artımını misilsiz hadisə adlandırıb.
Zavod yalnız qiymətlər normal səviyyəyə qayıdanda işləyəcək. 2017-ci ildə yüksək enerji qiymətləri səbəbindən şirkət Qərbi Virciniya ştatının Ravenwood şəhərindəki zavodunu həmişəlik bağlamağa və 650 işçini ixtisar etməyə məcbur olub.
Qeyd edək ki, son dörd ayda birjalarda şirkətin səhmləri 27,55 dollardan 7,15 dollara kimi ucuzlaşıb. Alüminiumun dünya bazarındakı qiyməti isə bir ton üçün 2423 dollar səviyyəsindədir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
