Putin: “Avropa qazın qiymətinə görə 300 milyard avro itirə bilər”backend

Putin: "Avropa qazın qiymətinə görə 300 milyard avro itirə bilər"

Bu il Avropanın spot qaz qiymətindən itkiləri 300 milyard avronu keçəcək.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Enerji Həftəsi forumunda çıxışı zamanı deyib.

“Mütəxəssislərin hesablamalarına görə, təkcə bu il qazın spot qiymət mexanizmi Avropaya 300 milyard avrodan çox və ya avrozonanın ÜDM-nin təxminən 2%-i həcmində itkilər gətirəcək”, – o deyib.

Putin bildirib ki, Avropa neftlə bağlı uzunmüddətli müqavilələrə üstünlük versəydi, bunun qarşısını almaq olardı.

Rusiya Prezidenti nüvə enerjisinin azaldılmasına və Avropanın qaz sektorunda uzunmüddətli müqavilələrdən imtina etməsinə toxunaraq qeyd edib ki, yaşıl enerji sahəsində inkişafın vacibliyinə baxmayaraq, bu, siyasi mülahizələrə əsaslanaraq edilməməlidir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*