Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib.
KONKRET.az RIA Novosti-yə istinadla xəbər verir ki, Rusiya liderinin sözlərinə görə, Avropa ölkələri Ukraynada xarici qoşunların mövcudluğunun Rusiya üçün qəbuledilməz olduğunu bildirən Moskvanın mövqeyindən xəbərdardır.
Putin həmçinin xəbərdarlıq edib ki, “boz zonalar”ın saxlanması istənilən razılaşmanı qeyri-sabit edəcək və uzunmüddətli sülhə mane olacaq.
