Putin buna görə səfərini təxirə saldıbackend

Putin buna görə səfərini təxirə saldı

Rusiya prezidenti Vladimir Putin Stavropol diyarına səfərini ləğv edib. Buna səbəb ukraynalı yaraqlıların Bryansk vilayətinə  hücumudur. 

KONKRET.az xəbər verir ki, Putinin Pyatiqorsk şəhərinə gedərək tədbirə qatılacağı gözlənilirdi. Lakin Ukrayna ordusunun əsgərləri Rusiya kəndlərinə hücum edərək bəzi vətəndaşları qətlə yetirib, digərlərini isə əsir götürdüyü üçün bölgədəki münaqişələr səbəbindən bu səfər ləğv olunub

Kremlin sözçüsü Dmitri Peskov Putinin videobağlantı vasitəsilə tədbirə qatılacağını bildirib.

Kremlin sözçüsü Dmitri Peskov hadisəni terror hücumu kimi qiymətləndirib. Peskov bildirib ki, hücumu törədənlərin zərərsizləşdirilməsi istiqamətində işlər aparılır.

Vəziyyət hüquq-mühafizə orqanları və Bryansk vilayətinin qubernatoru vasitəsilə Vladimir Putinə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*