Putin dağıdıcı zəlzələ ilə əlaqədar Ərdoğan və Əsədə başsağlığı verib, həmçinin Rusiyanın yardım göstərməyə hazır olduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumat yayıb.
Türkiyə Prezidentinə ünvanlanan başsağlığı teleqramında deyilir: “Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və kütləvi dağıntılar ilə əlaqədar dərin hüznlə başsağlığımızı qəbul edin”.
Putin Ərdoğandan həlak olanların ailələrinə və yaxınlarına başsağlığı və dəstək sözlərini çatdırmağı xahiş edib, habelə təbii fəlakətdən zərər çəkənlərin tezliklə sağalmasını arzulayıb.
“Bu baxımdan biz bütün lazımi yardımı göstərməyə hazırıq”, – deyə Rusiya Prezidenti əmin edib.
Xatırladaq ki, fevralın 6-da saat 04:17-də Türkiyənin cənubundakı Kahramanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib. Həmçinin 78 yeraltı təkan qeydə alınıb.
Son məlumatlara görə, Türkiyədə 1014 nəfər ölüb, 5385 nəfər yaralanıb.
Suriya Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə baş verən zəlzələ nəticəsində 237 nəfər ölüb, 639 nəfər yaralanıb.
Xuraman Etibarlı,
KONKRET.az
