“Putin Ermənistana gələrsə, onu həbs etmək lazımdır” – Melkonyan HƏDƏLƏDİbackend

"Putin Ermənistana gələrsə, onu həbs etmək lazımdır" - Melkonyan HƏDƏLƏDİ

“Putin Ermənistana gələrsə, onu həbs etmək lazımdır”.  

KONKRET.az xəbər verir ki, bu barədə hakim Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Qurgen Melkonyan bildirib.

O deyib ki, Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyasından sonra Ermənistana gələrsə, o həbs edilməlidir,

“Putin öz ölkəsində qalsın, Ermənistana gəlməsə daha yaxşıdır. Çünki biz Roma Statutuna qoşulsaq, öhdəliklərimizi yerinə yetirməliyik. Və Putin Ermənistana gələrsə, o, həbs olunmalıdır”, – deyə Melkonyan bildirib.

Daha sonra o deyib ki, Ermənistanın Rusiyadan heç bir asılılığı yoxdur.

“Moskvaya elə gəlir ki, biz hələ də Rusiyadan asılıyıq və nə etməli olduğumuzu onlardan soruşmalıyıq.

Rusiya bizi müstəqil ölkə hesab etmir. Bu yaxınlarda avropalı müşahidəçilərə görə hay-küy qaldırdılar. Bizi hədələyirlər. Deyirlər ki, Aİ olmadan lazım olan hər şeyi edəcəklər. Amma başa düşməliyik ki, biz müstəqil dövlətik və ölkəmizin taleyini özümüz həll etməliyik”, – deyə Melkonyan əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*