Putin: “Rusiya heç vaxt Ukraynanı tərk etməyəcək”backend

Putin: "Rusiya heç vaxt Ukraynanı tərk etməyəcək"

“Ukraynanın rus qoşunlarını Xarkovdan nəyin bahasına olursa-olsun sıxışdırıb çıxarmaq cəhdləri baş tutmayacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Kiyevin bu cəhdləri ona baha başa gələcək.

“Rusiyanın nüvə qüvvələri həmişə döyüş hazırlığı vəziyyətindədir.  Rusiya Silahlı Qüvvələri bütün ssenarilərə hazırlaşır”, – deyə Putin bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə endirdiyi zərbələr aqressiyaya yaxındır.

“Əgər danışıqlar qoşunlarımızın çıxarılması ilə bağlıdırsa, bu, heç vaxt baş verməyəcək, çünki Kiyev rejimi hakimiyyəti tərk etmək istəmir”, – Putin əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*