Putin Rusiya proqramçılarını ölkənin üstünlüyü adlandırdı backend

Putin Rusiya proqramçılarını ölkənin üstünlüyü adlandırdı 

Rusiyada proqramlaşdırma sahəsində çoxlu sayda mütəxəssislərin olması istehsalın müasir sahələrinin inkişafında ölkənin rəqabət üstünlüyüdür.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çerepovets şəhərində ictimaiyyətin nümayəndələri ilə görüşdə bildirib.

Putin “Rossiya 24” telekanalının efirində deyib ki, “xüsusilə proqramlaşdırma sahəsində mütəxəssislərin bu qədər olması, şübhəsiz, istehsalın müasir sahələrinin inkişafında bizim rəqabət üstünlüyümüzdür”.

Prezident həmçinin belə mütəxəssislərin ölkə ərazisi üzrə bərabər bölünməsini təmin etməyə çağırıb.

“Onların ölkə ərazisində bərabər şəkildə bölüşdürülməsini təmin etmək lazımdır, hər halda, tələbat daha çox olan yerdə”, — deyə o əlavə edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*