Putin sərt danışdı: “Ölkənin boşalmasına…”backend

Putin sərt danışdı: "Ölkənin boşalmasına..."

Rusiya rəhbərliyi ölkə ərazisində əhalinin paylanması və kiçik yaşayış məntəqələrinin qorunub saxlanılması məsələsini yenidən diqqət mərkəzinə gətirib.

KONKRET.az xəbər verir ki, Rusiya Prezidenti ölkənin coğrafi miqyasına diqqət çəkərək kiçik şəhərlərin və qəsəbələrin inkişaf etdirilməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, belə nəhəng əraziyə malik ölkədə ərazilərin boşalmasına və depopulyasiyaya yol vermək qətiyyən yolverilməzdir: “Ona görə də biz Skilla və Xaribda arasında keçid tapmalıyıq, müasir texnologiyaların, internetin, süni intellektin və digər İT imkanlarının bugünkü reallıqlarını nəzərə alaraq optimal, balanslaşdırılmış qərar tapmalıyıq. Bütün bu imkanları nəzərə alanda məlum olur ki, yalnız milyonluq şəhərlərdə oturmaq deyil, həm də hər hansı uzaq nöqtələrdə olaraq səmərəli şəkildə işləmək mümkündür”.

Bu açıqlama ölkədə regionların rəqəmsallaşdırılması və əhalinin mərkəzdənqaçma tendensiyalarının gücləndirilməsi istiqamətində yeni dövrün başlandığını göstərir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*