Putin sevimli pivəsinə görə sammitə gecikdibackend

Putin sevimli pivəsinə görə sammitə gecikdi

Rusiya prezidenti Vladimir Putin 2007-ci ildə Almaniyada keçirilən Səkkizlər Qrupunun (Böyük səkkizlər) sammitinə sevimli alman pivəsinə görə gecikibmiş.

KONKRET.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniyanın keçmiş federal kansleri Angela Merkel öz xatirələrində danışıb:

“Operatorlar canlı söhbətimiz zamanı bizi lentə ala bildiklərinə görə çox sevindilər. Yalnız bir nəfər yox idi: Vladimir Putin” .

O, Putinin görüşün rəsmi başlamasından 45 dəqiqə sonra gəldiyini bildirib. Putin Merkelə gecikməsinin səbəbini açıqlayıb. Putinin sözlərinə görə, gecikmənin səbəbi 1980-ci illərdə Şərqi Almaniyanın Drezden şəhərində DTK rezidenti işləyərkən tanış olduğu sevimli pivəsi olan Radberger olub./milliaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*