Putin Şimali Koreyaya səfərə hazırlaşırbackend

Putin Şimali Koreyaya səfərə hazırlaşır

Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda Şimali Koreyaya səfər edəcək.

KONKRET.az “El Mundo”ya istinadən xəbər verir ki, Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Xin Rusiyaya səfəri zamanı Şimali Koreya prezidentinin dəvətini Putinə çatdırıb.

Rusiya lideri Pxenyana səfərə dəvətə görə prezident Kim Çen Ina dərin təşəkkürünü çatdırmağı xahiş edib. Çoi Sonq Xinin Rusiyaya səfərindən sonra Şimali Koreya Xarici İşlər Nazirliyi Putini Koreya xalqının ən yaxın dostu adlandırıb və onun tezliklə bu dövlətə səfər edəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, ötən ilin sentyabrında Şimali Koreya lideri Kim Çen In zirehli qatarla Primoryedəki Artem-Primorski dəmiryol stansiyasına gəlmişdi. Orada Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreya liderinə Rusiya ordusunun səsdən iti strateji raketdaşıyıcılarını və digər növ silah və texnikasını göstərib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*