Putin Şolts və Makronun zənglərinə cavab vermir?- Kremldən AÇIQLAMAbackend

Putin Şolts və Makronun zənglərinə cavab vermir?- Kremldən AÇIQLAMA

Kremlin sözçüsü Dmitri Peskov Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun Rusiya lideri Vladimir Putinlə əlaqə yarada bilmədiyi barədə xəbərləri təkzib edib.

KONKRET.az xəbər verir ki, o, telefon danışığı ilə bağlı avropalı siyasətçilərdən heç bir təklifin daxil olmadığını deyib.

“Həm Şolts, həm Makron, həm də onların nümayəndələri Rusiya ilə dialoqun, ən yüksək səviyyədə davam etdirilməsinin vacibliyindən danışırlar. Bu yanaşmanı bölüşürük. Amma hələlik telefon danışıqlarının aparılması ilə bağlı konkret təkliflər olmayıb”, – Peskov bildirib.

Peskov Rusiya liderinin Ukrayna probleminin həlli yollarını müzakirə etmək üçün istənilən təmaslara hazır olduğunu da qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*