“Putin taktiki nüvə silahından istifadə edə bilər” – “New York Times”backend

"Putin taktiki nüvə silahından istifadə edə bilər" - "New York Times"

Putin taktiki nüvə silahından istifadə edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti yazır. Nəşr bildirir ki, Rusiya Prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə edə bilər. Lakin hələlik onun bu silahları yerləşdirdiyənə və ya belə bir zərbə hazırladığına dair heç bir sübut yoxdur.

ABŞ administrasiyasının nümayəndələrinin fikrincə, Putin Qara dəniz, Şimal Buzlu okean və ya Ukraynada nümayişkaranə şəkildə nüvə silahından istifadə edə bilər.

Ekspertlər hesab edirlər ki, Qərbin və Moskvanın Çin və Hindistan kimi müttəfiqlərinin reaksiyasını nəzərə alsaq, Rusiya Federasiyası Prezidentinin bu barədə qərar verəcəyi ehtimalı azdır. Sonuncular Rusiya liderinin nüvə silahından istifadə etməsi ilə bağlı ən sərt tənqidlərini səsləndiriblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*