Putin uzunömürlülüyün sirrini açıqladıbackend

Putin uzunömürlülüyün sirrini açıqladı

Rusiya prezidenti Vladimir Putin bildirib ki, intellektual və yaradıcılıq fəaliyyəti ilə məşğul olan insanlar uzun ömürləri və həyat keyfiyyəti ilə fərqlənirlər.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, müvafiq bəyanatı dövlət başçısı ictimaiyyət nümayəndələri ilə görüşü zamanı verib.

“İnsan yaradıcılıq fəaliyyəti ilə nə qədər çox məşğul olursa və beynini məşq edirsə, bir o qədər də uzunömürlü olur”, — deyə Putin bildirib.

Prezident nümunə kimi ali məktəb müəllimlərini göstərib: “Onların ömrü digər sahələrdə çalışan mütəxəssislərdən daha yüksəkdir”.

Putin vurğulayıb ki, bunu təsadüfi adlandırmaq olmaz.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*