Putindən Afrikaya BÖYÜK JEST: Rusiya “ac qitə”ni pulsuz taxılla təmin edəcəkbackend

Putindən Afrikaya BÖYÜK JEST: Rusiya "ac qitə"ni pulsuz taxılla təmin edəcək

“Rusiya taxıl sazişindən çıxsa, Moskva Afrikanı pulsuz taxılla təmin edəcək”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.

Putinin sözlərinə görə, müqavilə dövründə Ukraynadan 827 gəmi ilə taxıl ixrac edilib, onun 45%-i Avropaya göndərilib. Putin “Rusiya-Afrika çoxqütblü dünyada” parlament konfransında çıxışı zamanı Afrika ölkələrinin nümayəndələrinə söz verib. O qeyd edib ki, Rusiya taxıl müqaviləsini 60 gün müddətinə uzatmasa, bu zaman öz taxılını Afrikaya pulsuz göndərəcək.

BMT-nin məlumatına görə, Ukraynadan 23 milyon ton taxıl ixrac edilib, lakin təxminən 3%-i Afrikaya çatıb. 50%-dən çoxu Avropa və Mərkəzi Asiyaya ixrac edilib, bu həcmin dörddəbiri Asiya-Sakit okean regionuna, təxminən 15%-i isə Yaxın Şərq və Şimali Amerikaya çatıb.

Rusiya prezidenti qeyd edib ki, BMT ən kasıb Afrika ölkələrini təxminən 1,3 milyon ton həcmində Ukrayna taxılı ilə “yedirərkən”, Rusiya “ac qitə”yə 12 milyon ton taxıl göndərib.

Xatırladaq ki, bir müddət öncə Rusiya tələblər siyahısını irəli sürüb və Qərbə onları yerinə yetirmək üçün 60 gün vaxt verib. Tələblərin siyahısına Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulması, Rusiyanın kənd təsərrüfatı avadanlıqlarının tədarükünə qoyulan qadağanın aradan qaldırılması, sığortaya qoyulan məhdudiyyətlərin götürülməsi, Rusiya yük gəmiləri üçün limanlara çıxışın təmin edilməsi, Rusiya gübrə şirkətlərinin hesablarının blokdan çıxarılması daxildir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*