Putindən Bolqarıstana sərt reaksiya: “Lazım gəlsə, layihədən xaric edəcəyik”backend

Putindən Bolqarıstana sərt reaksiya: "Lazım gəlsə, layihədən xaric edəcəyik"

Rusiya Prezidenti Vladimir Putin Bolqarıstanı Türk Axını layihəsinin onun ərazisindən keçən hissəsini qəsdən yubatmaqda günahlandırır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı lazım gələrsə Bolqarıstan xaricində alternativin tapılacağını söyləyib.

Putin əlavə edib ki, ölkəsi Ukrayna vasitəsilə Avropaya qaz ixracını davam etdirməyə hazırdır. Lakin Rusiya Prezidenti, rəsmi Kiyevin hazırladığı şərtləri qəbul etmək mümkün olmadığını dilə gətirib.
Noyabrın 30-da Bolqarıstan Parlamenti Türk Axını təbii qaz boru kəmərini Avropaya birləşdirəcək layihə üçün yaşıl işıq yandırıb. Rusiya Bolqarıstan vasitəsilə gərgin olduğu Kiyevdən asılı qalmadan Avropa bazarına qaz satmaq imkanına sahib olmağa çalışır.

Bununla yanaşı, Bolqarıstan əvvəllər də həyata keçirməyə çalışdığı layihənin Avropa Birliyi tərəfindən əngəllənməsindən narahatdır. Əslində Sofiya rəhbərliyi 2014-cü ildə də oxşar layihəni həyata keçirməyə çalışıb. Lakin Rusiya Brüsselin onlara münasibətini əsas gətirərək boru kəmərinin inşasını ləğv edib.

Bir cavab yazın