Putindən miqrantların uşaqlarının təhsili ilə bağlı TAPŞIRIQbackend

Putindən miqrantların uşaqlarının təhsili ilə bağlı TAPŞIRIQ

Rusiya prezidenti Vladimir Putin iyulun 1-dək miqrantların uşaqlarının təhsil müəssisələrinə adaptasiyası ilə bağlı təkliflər təqdim etməyi tapşırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Rusiya Federasiyası Hökuməti, Rusiya Federasiyası Prezident Administrasiyası, Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili və Vətəndaş Cəmiyyətinin və İnsan Hüquqlarının İnkişafı üzrə Şura ilə birlikdə miqrantların uşaqlarının təhsil müəssisələrində təhsil almaları üçün sosial, mədəni və linqvistik adaptasiyası ilə bağlı təkliflər versinlər. Son tarix 1 iyul 2024-cü ildir. İcraya cavabdeh olanlar Baş nazir Mixail Mişustin, Prezident Administrasiyasının rəhbəri Anton Vayno və İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyevdir”, deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*