Putinin həbsi ilə bağlı order ətrafını QORXUYA SALDIbackend

Putinin həbsi ilə bağlı order ətrafını QORXUYA SALDI

Putinin həbsinə order verildikdən sonra ətrafı depressiyaya düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin keçmiş əməkdaşı Abbas Qalyamov məlumat verib.

Putinin çıxışlarının mətninin keçmiş tərtibçisi Qalyamovun sözlərinə görə, Rusiya Prezidentinin yaxın çevrəsi çox narahatdır. Onlar aydın şəkildə başa düşüblər ki, Putinin əmrini yerinə yetirən hər bir şəxs cinayət ortağıdır.

“Putinin ətrafı Haaqa Beynəlxalq Cinayət Məhkəməsi onun həbsinə order verdikdən sonra onların hamısı şoka düşüb.

Bu həbs qərarı Putinin ətrafı üzərində çox güclü, mənfi, həyəcanlı təəssürat yaradıb.

Ağıllı olanlar müharibənin əvvəlindən başa düşürdülər ki, Putindən uzaq durmaq, birtəhər bunun belə baş verməsinin qarşısını almaq lazımdır.

İndi isə onlara rəsmi məlumat verilib. Onların hamısı faktiki olaraq sənədi alıblar”,- deyə o bildirib.

Qallyamov onu da qeyd edib ki, buna görə “dəhşətli depressiya” başlayıb və heç kim “qaçıb kənara çəkilə” bilmir, çünki Putin bunu xəyanət kimi qəbul edə bilər.

“Belə bir vəziyyətdə isteriyaya düşən Putin mütləq aman verməyəcək. İndi onlar çaşqındırlar və nə edəcəklərini bilmirlər. Onların indi sağ qalma strategiyası yoxdur”, – deyə Putinin keçmiş əməkdaşı əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*