Putinin sarayının yaxınlığına DƏHŞƏTLİ ZƏRBƏbackend

Putinin sarayının yaxınlığına DƏHŞƏTLİ ZƏRBƏ

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi infrastrukturuna sarsıdıcı zərbələr endirməkdə davam edir.

KONKRET.az xəbər verir ki, “The Moscow Times” nəşrinin yaydığı məlumata görə, Ukrayna ordusu Rusiyanın Gelincik şəhərində yerləşən və Vladimir Putinə məxsus olduğu bildirilən sarayın yaxınlığındakı hava hücumundan müdafiə sistemlərini hədəfə alaraq sıradan çıxarıb.

Məlumata əsasən, avqustun 7-də həyata keçirilən əməliyyat nəticəsində təxminən 20 kvadratkilometr ərazini əhatə edən və “Starlink” sistemlərinin işini boğmaq üçün nəzərdə tutulan “Volna Kupol Garant” elektron mübarizə (РЭБ) sistemi məhv edilib. Bundan cəmi iki gün sonra isə həmin ərazinin yaxınlığında Rusiya ordusunun ən müasir “S-400” zenit-raket kompleksi darmadağın edilib.

Baş verən bu ardıcıl və uğurlu hücumlar Rusiyanın ən həssas və strateji nöqtələrindən biri hesab edilən Gelincik bölgəsindəki hava məkanının müdafiəsiz qaldığını göstərir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*