ABŞ-nin Alabama ştatından olan senator Tommi Tubervil Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı mövqeyini necə başa düşdüyündən danışıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, Bayden administrasiyasını hər hansı diplomatik bacarıqların olmamasına görə tənqid edib. Amerikalı senator hesab edir ki, Vaşinqton Ukrayna münaqişəsi başlayandan dərhal sonra Moskvanı sammit keçirməyə dəvət etməli idi:
“Onun Ukraynaya ehtiyacı yoxdur, lənətə gəlsin, onun kifayət qədər torpaqları var”.
Tabervil əlavə edib ki, Rusiya lideri sadəcə olaraq Ukraynada Moskvaya yönəlmiş ABŞ silahlarının olmadığına əmin olmaq istəyir.
Orxan,
KONKRET.az