Putinin valideynlərinin məzarına məktub qoyan qadına CİNAYƏT İŞİ – DETALLARbackend

Putinin valideynlərinin məzarına məktub qoyan qadına CİNAYƏT İŞİ - DETALLAR

Rusiya Prezidenti Vladimir Putinin valideynlərinin məzarı üzərinə məktub qoyan 60 yaşlı Sankt-Peterburq sakini İrina Tsıbanevaya qarşı cinayət işi açılıb.

KONKRET.az xəbər verir ki, Primorski Rayon Məhkəməsi 60 yaşlı İrina Tsıbanevanın həbs müddətini 72 saat uzadıb. Onun əməli siyasi nifrət yaratmaqda, dəfn yerlərini təhqir etməkdə şübhəli bilinir.

Məlumata görə, oktyabrın 6-da bir qadın Serafimovski qəbiristanlığında Rusiya prezidentin valideynlərinin məzarı üzərinə təhqiramiz məzmunlu qeydlər qoyub.

Hüquq-mühafizə orqanları bunu “cəmiyyətdə qəbul edilmiş normalara zidd olan kinli, əxlaqsız hərəkətlər” kimi qiymətləndiriblər.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*