Putinlə Ərdoğanın görüşü, ya da Qərbə Astana MESAJIbackend

Putinlə Ərdoğanın görüşü, ya da Qərbə Astana MESAJI

Astanada AQFET-in VI Zirvə Toplantısı çərçivəsində mühüm ikitərəfli görüşlər də keçirilib.

KONKRET.az xəbər verir ki, maraqlı müzakirələrdən biri Rusiya və Türkiyə liderləri arasında baş tutub.

Putinin çıxışından əsas tezisləri təqdim edirik:

• Ankara maraq göstərərsə, Türkiyəyə yeni boru kəməri çəkməyi düşünə bilərik.

• Türkiyə ən etibarlı tərəfdaş olduğunu göstərdi. Qaz verilişi fasiləsiz davam edir.

• Qərb ölkələri əməkdaşlığımızdan narahatdır.

Bəli, Rəcəb Tayyib Ərdoğan da rusiyalı həmkarının qaz habı və digər əməkdaşlıq təkliflərinə isti yanaşıb. Bundan başqa, Ərdoğan “Akkuyu” AES-in açılışının 2023-cü ilin ən əlamətdar hadisələrindən biri olacağını bildirib və deyib ki, dünyanın diqqəti bu hadisəyə yönələcək.

Düzü, indi də Qərb aləminin diqqəti Rusiya-Türkiyə əməkdaşlığında, Türkiyə liderinin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük məsələsi kimi nüanslarda cəmləşib. Çünki onlar regional gücə çevrilmiş Türkiyənin azad siyasi iradəsinə müdaxilə edə, istədikləri səmtə yönəldə bilmirlər.

Deyəsən, elə Putin demişkən, “çoxqütblü dünya yaradılır və Asiyada yeni güc mərkəzləri güclənir”.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*