Putinlə üçtərəfli görüşdən əvvəl Japarov və Rəhmon əl sıxmayıb.
KONKRET.az xəbər verir ki, Astanada keçirilən sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Qırğızıstan və Tacikistan liderləri Sadır Japarov və Emoməli Rəhmonla üçtərəfli görüş keçirir.
Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakovun jurnalistlərə verdiyi məlumata görə, prezidentlər Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyəti müzakirə edəcəklər.
Kremlin sözçüsü vurğulayıb ki, Moskva orada vəziyyətin vaxtaşırı gərginləşməsindən narahatdır.
Məlumata görə, Sadır Japarov və Emoməli Rəhmon Vladimir Putinlə üçtərəfli görüşdən əvvəl əl sıxmayıblar.
Xuraman Etibarlı,
KONKRET.az
