“Qaçqın azərbaycanlılar Ermənistana köçürüləcək”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni bloger Mika Badalyan bildirib.
O, özünün teleqram kanalında yazıb:
“1988-ci ildən sonra azərbaycanlılar tərəfindən tərk edilmiş evdə və ya mənzildə yaşayan istənilən Ermənistan sakini mənzildən məhrum edilə bilər, çünki dövlət qeydiyyatı qeyri-müəyyən məlumatlar əsasında aparılıb. Bu baxımdan azərbaycanlıların sistemli şəkildə Ermənistana köçürüləcəyi heç kimdə şübhə doğurmamalıdır”.
Qeyd edək ki, artıq bununla bağlı rəsmi müzakirələr başlayıb.
Natiq Səlim,
KONKRET.az