Qadağan edilən film sabahdan nümayiş olunacaq – Baş nazir məsələyə qarışdıbackend

Qadağan edilən film sabahdan nümayiş olunacaq - Baş nazir məsələyə qarışdı

Transseksual qadına aşiq olan kişidən bəhs edən, “Oskar”a namizəd  “Joyland” filminə kiçik ixtisarlar edilməklə sabah Pakistan kinoteatrlarında nümayişinə icazə verilib.

KONKRET.az “Associated Press”ə istinadla xəbər verir ki, Baş nazirin Strateji İslahatlar üzrə rəhbəri Salman Sufinin açıqlamasına görə, Saim Sadiqin rejissoru olduğu “Joyland” filmi  Baş nazir Şahbaz Şərifin göstərişi ilə Senzura Şurası nümayişi uyğun hesab etdikdən sonra filmin Pakistan kinoteatrlarında göstərilməsinə icazə verilib.

Filmin nümayişi üçün bir araya gələn pərəstişkarların, siyasi xadimlərin və kino ictimaiyyəti üzvlərinin xahişi ilə Baş nazir Ş.Şərif tərəfindən yaradılan səkkiz nəfərdən ibarət komitə filmi yenidən nəzərdən keçirib və yayımlanmasını problemsiz hesab edib.

“Söz azadlığı fundamental hüquqdur və qanun çərçivəsində təmin edilməlidir” deyən S.Sufi bildirib ki, filmin Pakistanda “kiçik ixtisarlarla” nümayişinə icazə veriləcək. Qərar hökumətin söz azadlığının yanında olduğunu və onu qoruduğuna dair sadə, lakin güclü bir mesajdır.

“Joyland” Pakistanın 2023-cü il Oskar Mükafatı üçün Ən Yaxşı Beynəlxalq Bədii Film kateqoriyasına girişdir. Filmdə homoseksuallıq təbliğ edildiyi üçün dini qruplar onun kinoteatrlarda nümayişinə qarşı çıxıb. Buna görə də, Pakistan Senzura Komissiyası filmin ölkədə nümayişini qadağan etmişdi.

Film orta səviyyəli bir ailədən olan gənc evli kişinin erotik rəqs teatrına girərək transseksual ifaçıya aşiq olmasından bəhs edir.

Filmin sabah kiçik kəsimlərlə nümayişi gözlənilir. // Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*