backend

Qadın deputat kişi həmkarını vurdu - Gürcüstanda

Gürcüstan parlamentinin Hüquq Komitəsinin iclasında konflikt yaşanıb.

Yerli KİV xəbər verir ki, konflikt ucbatından komitənin iclası yarımçıq dayandırılıb.

İnsident Gürcüstan Ali Məhkəməsinin hakimliyinə namizədlərlə bağlı müzakirə zamanı yaşanıb. Nəticədə müstəqil qadın deputat Eka Beseliya Gürcü Arzusu Partiyasından olan deputat Vano Zardiaşviliyə zərbə endirib. Bundan sonra Beseliya deputat yoldaşının ünvanına təhqiramiz ifadələr də işlədib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*