“Qalatasaray” “Beşiktaş”ı məğlub edə bilmədibackend

"Qalatasaray" "Beşiktaş"ı məğlub edə bilmədi

Türkiyə Super Liqasının XXVI turunda “Qalatasaray” və “Beşiktaş” komandaları arasında İstanbul derbisi gerçəkləşib.

KONKRET.az xəbər verir ki, “Türk Telekom Arena”da koronavirus infeksiyası səbəbindən azarkeşsiz keçirilmiş matçda qalib müəyyənləşməyib – 0:0.

Bu nəticədən sonra “sarı-qırmızılar” ardıcıl məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb. “Ağ-qaralar” isə baş məşqçi Sərgən Yalçının rəhbərliyi altında ilk derbidən xalla ayrılmağı bacarıb.

Lakin bu heç-heçə nə “Qalatasaray”ın, nə də “Beşiktaş”ın işinə yarayıb. Fatih Terimin baş məşqçi olduğu kollektiv ilk 2 pillədəki “Trabzonspor” və “Başakşehir” arasındakı görüşün 1:1 hesablı heç-heçə ilə yekunlaşmasından yararlana bilməyib. Bu nəticədən sonra xalını 50-yə çatdıran “Cim-Bom” elə 3-cü pillədə qalıb və şərikli liderlərdən yenə 3 xal geridir.

“Qara qartallar” isə 44 xalla 5-cidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*