Qara dənizdə gəmiyə zərbə endirildibackend

Qara dənizdə gəmiyə zərbə endirildi

Rusiya hərbçiləri Qara dənizdə silah daşıyan yük gəmisinə zərbə endirib.

KONKRET.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə qurumu bildirib ki, gəmi Ukrayna Silahlı Qüvvələri (USQ) üçün nəzərdə tutulmuş hərbi təchizat daşıyırdı. Hadisə Odessa şəhərinin cənub-şərqində baş verib.

Nazirlik gəmiyə endirilən zərbə ilə bağlı əlavə təfərrüat açıqlamayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*