“Qarabağ” – “Dinamo” oyununun biletləri bu tarixdə satışa çıxarılacaqbackend

"Qarabağ" - "Dinamo" oyununun biletləri bu tarixdə satışa çıxarılacaq

UEFA Çempionlar Liqasının “play-off” mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” Zaqreb (Xorvatiya) oyununun biletləri avqustun 22-i saat 12:00-dan etibarən satışa çıxarılacaq.

KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150  manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, avqustun 28-i keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq. Bu komandalar arasında ilk matçda Xorvatiya klubu 3:0 hesablı qələbə qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*