Qarabağ əlilləri ilə SOCAR işçilərinin insidentini 43-cü bölmə ARAŞDIRIRbackend

Qarabağ əlilləri ilə SOCAR işçilərinin insidentini 43-cü bölmə ARAŞDIRIR

Ötən iki gündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mühafizə xidməti əməkdaşları ilə Qarabağ əlilləri arasında qarşıdurma yaşanıb.

Bakının Binəqədi rayonu ərazisində baş verən qarşıdurmada həm əlillər, həm də SOCAR işçilərindən döyülənlər, xəsarət alanlar var.

Dünənki hadisə zamanı Binəqədi-Biləcəri avtomagistral yolunda tıxac əmələ gəlib, nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev ötən gün hadisə yerinə baş çəkib.

Bəs görəsən məsələ nə yerdə qalıb?

KONKRET.AZ bildirir ki, bununla bağlı Binəqədi Rayon İcra İcra Hakimiyyətindən Modern.az-a açıqlama verilib.

Bildirilib ki, “Binəqədi rayonu, Biləcəri qəsəbəsində SOCAR əməkdaşları ilə qanunsuz tikinti aparan şəxslər arasında yaranmış insidentlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə məlumat daxil olunduqdan sonra adları çəkilən şəxslər qəbul edilərək, onlarla ilkin söhbət aparılıb”.

Qeyd edilib ki, hazırda məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

“Tədqiqat işləri aparılması məqsədilə Binəqədi Rayonu 43-cü Polis bölməsi tərəfindən adları hallanan şəxslərin izahatı alınıb”.

Araşdırma yekunlaşdıqdan sonra məsələ ilə bağlı KİV-lərə müvafiq açıqlama veriləcəyi deyilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*